Finss.az xəbər verir ki, Təchizat İdarəetmə İnstitutunun (ISM) hesabatında deyilir ki, ABŞ-da ISM Manufacturing biznes fəaliyyəti indeksi may ayında bir ay əvvəlki 48,7 bənddən 48,5 punkta düşüb.
Trading Economics-ə görə, analitiklər orta hesabla 49,5 bəndədək artım proqnozlaşdırmışdılar.
İndeksin dəyərinin 50 baldan yuxarı olması istehsal sektorunda işgüzar aktivliyin artdığını, 50 baldan aşağı olması isə işgüzar aktivliyin azaldığını göstərir.