Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 265,6 milyon dolları ötüb.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
İxrac və idxal həcmlərinə baxdıqda, Azərbaycanın Qazaxıstana ixracı 34,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir. Eyni zamanda, Qazaxıstandan Azərbaycana idxal həcmi isə 230,8 milyon dollar olub və bu göstərici 3,3 dəfə artıb.
Cari ilin ilk dörd ayında ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 1,57 faiz təşkil edib.