BİZNES

04 İyun

Süni İntellekt və Kibertəhlükəsizlik “SOCAR Türkiye”nin strategiyasında prioritetdir

Finss.az - Bakı Enerji Forumunda “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov şirkətin rəqəmsal transformasiyaya və kibertəhlükəsizliyə verdiyi önəmi vurğulayıb.

Trend-in məlumatına görə, İbadov çıxışında qeyd edib ki, rəqəmsal keçid artıq sadəcə dəb deyil, zərurətə çevrilib. “O olmadan motivasiyanı, rentabelliyi artırmaq, istedadları cəlb etmək və gələcəyin mədəniyyətini formalaşdırmaq mümkün deyil”, – deyə o bildirib.

“SOCAR Türkiye” rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bunlar arasında anomaliyaların aşkarlanması, neftemalı zavodlarında proseslərin rəqəmsallaşdırılması üçün süni intellekt həllərinin tətbiqi önə çıxır.

Elçin İbadov əlavə edib ki, yalnız əməkdaşların rəqəmsal savadlılığının artırılması kifayət etmir, eyni zamanda rəqəmsal axıcılıq – yəni rəqəmsal bilik və bacarıqların effektiv və ardıcıl istifadəsi də vacibdir.

Bu yanaşma “SOCAR Türkiye”nin gələcək inkişaf strategiyasının əsas sütunlarından biri olmaqla, şirkətin rəqəmsal dönüşüm və təhlükəsizlik sahəsində liderliyini gücləndirməyə xidmət edir.