BİZNES

05 İyun

Azərbaycandan Türkiyəyə metanol ixracı azalsa da, gəlir 44% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 26,9 min ton metanol (metil spirti) ixrac olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu həcmdə ixracdan əldə olunan gəlir 8,5 milyon ABŞ dolları təşkil edib.

Miqdar baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 min ton və ya 12,7% azalma müşahidə edilsə də, dəyər ifadəsində 2,6 milyon dollar və ya 44,1% artım qeydə alınıb. Belə ki, 2024-cü ilin ilk rübündə Azərbaycandan Türkiyəyə 30,8 min ton metanol ixrac olunmuş və bu ixracın dəyəri 5,9 milyon dollar təşkil etmişdi.

Bütövlükdə isə 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 90,7 min ton metanol ixrac edilib və bu ixracdan 28,2 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.

Metanol ixracının əsas istiqamətləri sırasına Türkiyə, İsrail, Bolqarıstan, Rumıniya, Cəbəllütariq, İtaliya, Sloveniya və Yunanıstan daxildir.