BİZNES

05 İyun

Ağdam Sənaye Parkının rezidenti AOSH Expo 2025-də iştirak edir

Finss.az - İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco Invest” MMC Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən AOSH Expo 2025 sərgisində öz stendi ilə iştirak edir.

Agentliyin məlumatına görə, sərgi iştirakçıları tərəfindən maraqla qarşılanan stenddə şirkətin istehsal etdiyi qoruyucu işçi ayaqqabıları və poliuretan çəkmələrə dair nümunələr nümayiş olunur.

Qeyd edək ki, sərgi 6 iyun tarixinədək davam edəcək.

“Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabıları və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.