BİZNES

05 İyun

Azərbaycan-İsveçrə ticarət dövriyyəsi 5 dəfə artıb

Finss.az - Bu ilin yanvar-aprel aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artaraq 279,3 milyon ABŞ dollarını ötüb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk dörd ayında Azərbaycandan İsveçrəyə ixracın həcmi 154,3 milyon dollar təşkil edib ki, bu da 4,5 dəfə artım deməkdir. Eyni dövrdə İsveçrədən Azərbaycana idxal isə 5,6 dəfə artaraq 124,9 milyon dollar olub.

İsveçrə ilə ticarət dövriyyəsi ölkənin ümumi xarici ticarətində 1,65 faizlik paya malikdir.