BİZNES

05 İyun

Nazir: Karyera sərgisi gənclərin məşğulluq imkanlarını genişləndirir

Finss.az - Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş karyera sərgisinin insan kapitalının inkişafında və gənclərin karyera planlaşdırmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, sərgi tələbələrin real sektorla tanışlığı, işəgötürənlərlə birbaşa əlaqəsi və peşəkar inkişaf perspektivlərini dəyərləndirməsi baxımından əhəmiyyətlidir.

Nazir vurğulayıb ki, bu kimi tədbirlər universitetlərlə əmək bazarı arasında əməkdaşlığın möhkəmlənməsinə, təhsil proqramlarının bazar tələblərinə uyğunlaşdırılmasına və gənclərin məşğulluq imkanlarının artırılmasına xidmət edir.