Trans-Anadolu qaz kəməri (TANAP) istismara verildiyi gündən indiyədək 33,6 milyard kubmetr təbii qazın nəqlini təmin edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb.
Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan TANAP Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır və “Enerjinin İpək Yolu” kimi dəyərləndirilir.
Bu gün TANAP qaz kəmərinin istifadəyə verilməsindən 7 il ötür. Layihə, Xəzər dənizi qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına çatdırılmasında strateji əhəmiyyətə malikdir.
Fuad Mədətov
Finss.az