Finss.az xəbər verir ki, cümə axşamı dərc olunan iyun icmalında ABŞ Kənd Təsərrüfatı Departamenti yeni 2025/2026 kənd təsərrüfatı ilində (1 iyul 2025-ci il başlayır) Rusiyadan buğda ixracı proqnozunu may ayı səviyyəsində saxlayıb - 45 milyon ton.
Ən yaxın rəqib - Aİ-nin buğda ixracı üzrə təxmini may ayında 34 milyon tondan 34,5 milyon tona qədər artırılıb.
Rusiyanın taxıl bazarı ilə bağlı digər proqnozlar da saxlanılıb. Belə ki, may ayında olduğu kimi, buğda yığımı 83 milyon ton, yemlik taxıl yığımı 37,73 milyon ton, ixracı 7,58 milyon ton səviyyəsində proqnozlaşdırılır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi yeni kənd təsərrüfatı ilində qarğıdalı məhsulunu 15 milyon ton, ixracını isə 3,6 milyon ton səviyyəsində qiymətləndirir.