BİZNES

17 İyun

Binəqədidə qəzalı binaların söküntüsü üçün layihə hazırlanır

Finss.az - Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədləri hazırlanacaq.

Layihə Binəqədi rayonunda, xüsusilə Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən qəzalı binaların söküntü işlərini əhatə edir. Sənədlərin hazırlanması və söküntü işlərinin təşkili xidmətləri üçün müqavilənin ümumi dəyəri 7 717 manat müəyyən olunub.

Bu addım paytaxtın Binəqədi rayonunda təhlükəsiz və müasir şəhər mühitinin yaradılması məqsədilə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların yenilənməsi istiqamətində atılan mühüm addımlardan biridir.