BİZNES

19 İyun

Astana Fransanın EDF ilə Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirakını müzakirə edib

Finss.az xəbər verir ki, Qazaxıstan Atom Enerjisi Agentliyinin rəhbərliyi Fransanın Electricite de France (EDF) şirkəti ilə respublikada atom elektrik stansiyasının tikintisi üzrə beynəlxalq konsorsiumda iştirakını müzakirə edib, agentliyin mətbuat xidməti xəbər verir.

Mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü Astanada Atom Enerjisi Agentliyinin sədr müavinləri Asset Maxambetov və Vasili Lavrenov arasında Fransanın Electricite de France dövlət enerji şirkətinin baş vitse-prezidenti Vakis Ramani ilə işgüzar görüş keçirilib. Görüşdə Qazaxıstan Atom Elektrik Stansiyaları MMC-nin nümayəndələri də iştirak ediblər.

"Tərəflər EDF-nin Qazaxıstanda beynəlxalq konsorsium çərçivəsində atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsində iştirakının mümkünlüyünü müzakirə ediblər. Elmi-texniki əməkdaşlıq məsələlərinə, eləcə də kiçik və orta gücə malik reaktorlar sahəsində əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib", - görüşdən sonra yayılan məlumatda deyilir.

Tərəflər əməkdaşlığın inkişafı üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.