BİZNES

20 İyun

Azərbaycanın MDB ilə ticarət dövriyyəsi 33%-dən çox artıb

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33,2 faiz artaraq 3,36 milyard ABŞ dollarını ötüb.

Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Hesabat dövründə MDB ölkələrinə Azərbaycan tərəfindən 653 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da əvvəlki ilin göstəricisindən 5,2 faiz çoxdur. Eyni zamanda, MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulların dəyəri 2,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz artım deməkdir.

Məlumata görə, MDB ölkələri ilə aparılan xarici ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 16,05 faizini təşkil edib. Bu göstərici bir il öncəki 13,69 faizlə müqayisədə 2,36 faiz bəndi artıb.