BİZNES

20 İyun

Brent markalı neft yanvarın sonundan bəri ən yüksək səviyyəyə qalxdıqdan sonra 77,2 dollara düşüb

Finss.az xəbər verir ki, brent markalı neft, ABŞ-ın bu həftəsonu İrana zərbə endirməsi qorxusundan bir gün əvvəl yanvarın sonundan bəri ən yüksək həddə qalxdıqdan sonra cümə günü səhər aktiv şəkildə ucuzlaşır.

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:13-ə olan vəziyyətə görə 1,65 dollar (2,09%) azalaraq bir barel üçün 77,2 dollar təşkil edib. Cümə axşamı günü bu kontraktlar 2,15 dollar (2,8%) artaraq 78,85 dollar/barelə çatıb və yanvarın 22-dən bəri maksimumu yeniləyib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,53 dollar (0,71%) artaraq bir barelə görə 75,67 dollar təşkil edib. Bir gün əvvəl ABŞ-da bayram olduğu üçün WTI ticarəti keçirilmədi.