Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 209,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % artım deməkdir.
Hesabat dövründə muxtar respublikanın sənaye sektorunda 171,1 milyon manatlıq mal istehsal edilərkən, 36,4 milyon manatlıq xidmət göstərilib.
Sənaye məhsulunun strukturu belədir: 0,2 %-i mədənçıxarma, 78,4 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinə aid olub.
Fuad Mədətov
Finss.az