BİZNES

23 İyun

Bu il TAP Avropaya 4,48 milyard kubmetr qaz nəql edib

2025-ci ilin bahar aylarında Transadriatik qaz kəməri (TAP) vasitəsilə təbii qaz nəqli sabit artım nümayiş etdirib.

Finss.az TAP AG konsorsiumun məlumatına əsasən xəbər verir ki, mart ayında tədarük həcmi rekord səviyyəyə çataraq ilin ən məhsuldar ayı olub. Cari ilin yanvar-may ayları ərzində TAP Avropaya ümumilikdə 4,480 milyard kubmetr təbii qaz nəql edib.

Aylıq tədarük həcmində isə belə bölgü qeydə alınıb:

  • Yanvar – 0,835 milyard kubmetr

  • Fevral – 0,815 milyard kubmetr

  • Mart – 0,993 milyard kubmetr

  • Aprel – 0,905 milyard kubmetr

  • May – 0,932 milyard kubmetr

Fevraldan may ayına qədər tədarük həcmlərində ardıcıl artım müşahidə olunub. Mart ayı isə 1 milyard kubmetrə yaxınlaşan həcmi ilə TAP-ın kommersiya fəaliyyətinin başlanmasından bəri ən yüksək göstəricisi kimi qeydə alınıb.

Konsorsiumun məlumatına əsasən, 2020-ci ilin sonlarından kommersiya istismarına başlanıldığından bəri TAP vasitəsilə ümumi tədarük həcmi 47,222 milyard kubmetr təşkil edib.

Qeyd edilir ki, Cənub Qaz Dəhlizinin əsas elementi olan TAP Avropanın enerji tədarük marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır və qitənin karbonsuzlaşdırılmasına töhfə verir. Hazırda TAP-ın ötürücülük qabiliyyəti ildə təqribən 10 milyard kubmetr olsa da, onun 20 milyard kubmetrə qədər artırılması potensialı mövcuddur ki, bu da Avropanın enerji təhlükəsizliyi və dayanıqlığını daha da gücləndirəcək.