2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Niderlanda 126,5 milyon ABŞ dolları dəyərində 223,3 min ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 69,5 milyon dollar və ya 2,2 dəfə, həcm baxımından isə 133,4 min ton və ya 2,5 dəfə çoxdur.
Beləliklə, Niderland Azərbaycan neftinin ən çox ixrac olunduğu ölkələr arasında 10-cu yerdə qərarlaşıb.
Cari ilin ilk beş ayında Azərbaycandan ümumilikdə 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları göndərilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 615,9 milyon dollar və ya 9,8% azalıb, həcm baxımından isə 493,4 min ton və ya 5% artıb.
Fuad Mədətov
Finss.az