BİZNES

23 İyun

Azərbaycanda adambaşına ət istehlakı artıb

2024-cü ildə Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı 44,9 kiloqram təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə” adlı qısa məcmuəsində yer alıb.

Rəqəmlər göstərir ki, son illərdə ət istehlakında artım tendensiyası müşahidə olunur:

  • 2023-cü ildə bu göstərici 43,5 kiloqram,
  • 2022-ci ildə isə 42,1 kiloqram olub.

Beləliklə, son iki il ərzində adambaşına ət istehlakı ümumilikdə 2,8 kiloqram artıb.

Fuad Mədətov
Finss.az