BİZNES

24 İyun

Azərbaycanda son 3 ildə dəmir yolu ilə 55,6 milyon ton yük daşınıb

Azərbaycanda son üç il ərzində dəmir yolu nəqliyyatı ilə ümumilikdə 55,6 milyon ton yük daşınıb.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə bu göstərici 18,7 milyon ton, 2023-cü ildə 18,3 milyon ton, 2024-cü ildə isə 18,6 milyon ton olub.

Beləliklə, dövri müqayisə göstərir ki, üç il ərzində dəmir yolu ilə yükdaşımaların ümumi həcmi təqribən 165,1 min ton və ya 1% azalıb.

Yük dövriyyəsinin ümumi həcmi də azalma nümayiş etdirib. Əgər 2022-ci ildə dəmir yolu ilə yük dövriyyəsi 7,097 milyard ton-kilometr idisə, 2024-cü ildə bu göstərici 7,027 milyard ton-km-ə düşüb. Bu da 1 faizlik geriləmə deməkdir.

2025-ci ilin yanvar-may aylarında dəmir yolu ilə daşınan yük həcmi 7,1 milyon ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon ton və ya 7,8 faiz azalma deməkdir.

Fuad Mədətov
Finss.az