2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Tailand Krallığına 75,9 milyon ABŞ dolları dəyərində 137,8 min ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir.
Statistikaya əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 127,2 milyon dollar və ya 2,7 dəfə, həcm baxımından isə 189,2 min ton və ya 2,4 dəfə azalma deməkdir.
Bununla belə, Tailand dövr ərzində Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, cari ilin ilk beş ayında Azərbaycandan ümumilikdə 17 ölkəyə 5,6 milyard dollar dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 615,9 milyon dollar və ya 9,8% azalsa da, həcm baxımından 493,4 min ton və ya 5% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az