BİZNES

25 İyun

Xorvatiyaya xam neft məhsullarının ixracı artıb

Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 408,8 milyon ABŞ dolları dəyərində 744,7 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 49,1 faiz və ya 134,6 milyon dollar, həcm baxımından isə 77,9 faiz və ya 326,1 min ton üstələyir.

Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 2-ci yerdə qərarlaşıb və ixrac həcminin 7,18 faizi bu ölkənin payına düşüb.