Finss.az xəbər verir ki, Türkiyədə Akkuyu AES-in ilk enerji bloku bir il ərzində istifadəyə verilə bilər, Rusiya baş nazirinin müavini Aleksandr Novak Anadolu agentliyinə bildirib.
“Hesab edirəm ki, stansiyanın birinci bloku yaxın vaxtlarda, bir il ərzində istifadəyə veriləcək.
Baş nazirin müavini əlavə edib ki, hazırda daha bir AES-in tikintisinin iqtisadi məqsədəuyğunluğu öyrənilir. Onun sözlərinə görə, Rusiya bu layihənin həyata keçirilməsində məmnuniyyətlə iştirak edəcək.
Rosatom Mersin vilayətində Türkiyənin ilk AES-i olan Akkuyu inşa edir. Stansiya hər birinin gücü 1200 MVt olan dörd enerji blokundan ibarət olacaq. Bundan əvvəl Türkiyənin Sinop və Trakya vilayətlərində daha iki AES-in tikintisi üzrə layihələri nəzərdən keçirdiyi bildirilirdi.