Finss.az - Avqustun 26-da dövlət mülkiyyətində olan avtomobillərin növbəti hərracı keçiriləcək.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yayıb.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında baş tutacaq. Satışa çıxarılan 98 nəqliyyat vasitəsinin ümumi dəyəri 209 min 730 manat təşkil edir.
Hərracda iştirak etmək istəyənlər üçün əmlakla əvvəlcədən tanış olmaq imkanı yaradılıb. Qeydiyyatdan keçmək üçün sifarişlər ən geci hərraca 3 bank günü qalanadək qəbul olunur.