Finss.az - 2025-ci ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11,8% artaraq 3,61 milyard manata çatıb. Bu məbləğin 86,7%-i və ya 3,13 milyard manatı hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin payına düşüb.
Məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb.