BİZNES

01 İyul

Azərbaycan-Slovenya ticarət dövriyyəsi 38,6% artıb

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin həcmi 18,4 milyon dolları ötüb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Sloveniyaya ixrac 7 milyon dollar təşkil edərək ötən ilin göstəricisindən 1,9 dəfə artıb. Sloveniya isə Azərbaycana 11,3 milyon dollar həcmində məhsul idxal edib ki, bu da 18,2 faiz yüksəlişdir.

Cari ilin ilk beş ayında Azərbaycan-Slovenya ticarətinin ümumi dövriyyədə payı 0,08 faiz səviyyəsində olub.