Finss.az - AbbVie 2,1 milyard dollarlıq böyük investisiya ilə Capstan Therapeutics şirkətini satın alır.
ABŞ-ın iri biotexnologiya şirkəti AbbVie, hüceyrə terapiyası üzrə dərmanlar hazırlayan özəl Capstan Therapeutics şirkətini 2,1 milyard ABŞ dolları qarşılığında almaq niyyətindədir. Bu alış AbbVie-nin autoimmun xəstəliklər sahəsindəki məhsul portfelini əhəmiyyətli dərəcədə genişləndirəcək.
Capstan Therapeutics CAR-T (ximer antigen reseptorlu T-hüceyrə) terapiyası üzrə dərmanlar üzərində ixtisaslaşıb. CAR-T terapiyası genetik olaraq modifikasiya olunmuş T-limfositlərin xəstənin orqanizmində patoloji B-hüceyrələri tanıması və məhv etməsi prinsipi ilə işləyir. Capstan-ın əsas inkişaf etdirdiyi CPTX2309 dərmanı hal-hazırda I faza klinik sınaqlardadır.
BMO analitiki Evan Seygermanın fikrincə, bu razılaşma AbbVie-ə B-hüceyrə iltihab xəstəlikləri müalicəsi bazarında Vertex, Bristol Myers və Biogen kimi böyük oyunçulara qarşı ciddi rəqabət imkanı yaradacaq.