BİZNES

02 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

“Nun” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 39-a çatıb.

Finss.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində polimer kisə istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 11,2 milyon manat təşkil edir.

Hindistanın Lohia Corp Ltd. şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.

Fuad Mədətov
Finss.az