BİZNES

02 İyul

Ələt Azad İqtisadi Zonasında 2 yeni fabrikin açılması planlaşdırılır

2025-ci ildə Ələt Azad İqtisadi Zonasında 2 yeni fabrikin fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda 10 şirkət qeydiyyat prosesindədir.

Finss.az xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının idarə heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda açıqlayıb.

İ.Manafov bildirib ki, investorlarla razılaşma əsasında multimodal karqo hava limanı layihəsi həyata keçirilir. Layihənin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni hava limanı ilkin mərhələdə ildə 500 min ton yük daşıma potensialına malik olacaq və bu göstəricinin 2 milyon tona qədər artması gözlənilir.

“Əsas məqsədimiz investorların cəlb edilməsi və ixrac potensialının artırılmasıdır,” – deyə İ.Manafov vurğulayıb.