Finss.az xəbər verir ki, Amerikanın İT nəhəngi Microsoft korporasiyası işçilərinin 4%-ni ixtisar etməyi planlaşdırır, CNBC şirkət nümayəndəsinin bəyanatına istinadən xəbər verir.
Bütün departamentləri və bütün səviyyələrdə çalışanları əhatə edəcək ixtisarlar şirkətin proseslərini və idarəetmə strukturunu optimallaşdırmaq məqsədi daşıyır.
İşdən çıxarılmaların yeni mərhələsi bu il ikinci olacaq. May ayında Microsoft işçilərinin 3%-ə qədərini və ya təxminən 6000 nəfəri ixtisar edəcəyini açıqlamışdı.