BİZNES

03 İyul

Qlobal Mərkəzi Banklar May ayında 20,5 ton qızıl alıb

Finss.az xəbər verir ki, May ayında Dünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, qlobal mərkəzi banklar qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 20,5 ton artırıblar.

Bu, aprel ayından çoxdur (düzəliş edilmiş məlumatlara görə 15,6 ton), lakin hələ də son 12 ayın orta göstəricisindən azdır (WGC analitiklərinin fikrincə, təxminən 27 ton).

WGC-nin analitiki Marissa Salim qeyd edir: “Yaxın Şərqdə münaqişənin yeni kəskinləşməsi ehtiyatları geosiyasi sarsıntılardan qorumaq istəyən mərkəzi banklar üçün qızılın strateji cəlbediciliyini artırmış ola bilər.