BİZNES

03 İyul

DVX proqnozu 5,7% üstələyib: Yarımildə 8,7 milyard manat vergi toplanıb

2025-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) xətti ilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manat vergi daxil olub.

Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu göstərici proqnozu 466,4 milyon manat və ya 5,7% üstələyib.

Vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% artıb. Xatırladaq ki, 2025-ci il üzrə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə ümumilikdə 15,5 milyard manat köçürülməsi nəzərdə tutulur.

Beləliklə, ilin ilk yarısında bu proqnozun 56,2%-i yerinə yetirilib.

Fuad Mədətov
Finss.az