Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi kəskin artım nümayiş etdirib.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ticarət həcmi 4,3 dəfədən çox artaraq 467,6 milyon ABŞ dollarını ötüb.
İxrac və idxal göstəricilərinə baxdıqda, Azərbaycandan Qazaxıstana ixrac olunan məhsulların dəyəri təxminən 2 dəfə artaraq 45 milyon dollar, Qazaxıstandan Azərbaycana idxal isə 5 dəfəyə yaxın artaraq 422,6 milyon dollar təşkil edib.
Cari ilin ilk beş ayında Qazaxıstanla ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,23 faizini təşkil edib. Bu göstərici ötən illə müqayisədə 1,65 faiz bəndi artım deməkdir.
Mütəxəssislər bu artımı regionda iqtisadi və logistik əməkdaşlığın dərinləşməsi ilə izah edirlər.