2025-ci ilin ikinci rübü ərzində Energetika Nazirliyi tərəfindən 29 icazə verilib.
Bu barədə Finss.az Nazirliyə istinadən xəbər verir.
Qeyd edilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 17, ixracı üzrə 9 və tranziti üzrə 3 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Fuad Mədətov
Finss.az