BİZNES

09 İyul

Merck & Co. Verona Pharma-nı 10 milyard dollara alır

Finss.az - ABŞ-n dərman nəhəngi Merck Co. Böyük Britaniyanın biotexnologiya şirkəti Verona Pharma-nı təxminən 10 milyard dollara satın almaq üzrə razılığa yaxındır.

Financial Times-ın mənbələrinə istinadən verdiyi məlumata görə, Merck Verona-nın hər bir Amerika depozit sertifikatı (ADS) üçün 107 dollar ödəyəcək ki, bu, bazar qiymətindən 23% yüksəkdir.

Şirkətlər arasındakı danışıqların irəliləmiş mərhələdə olduğu və razılaşmanın yaxın günlərdə, hətta çərşənbə günü elan edilə biləcəyi bildirilib. Bu satınalma Merck-in 2023-cü ildə Prometheus Biosciences şirkətini 10,8 milyard dollara almağından sonra ən böyük əməliyyat olacaq.

Verona Pharma əsasən tənəffüs sistemi xəstəliklərinə qarşı dərmanların inkişafı üzrə ixtisaslaşıb və bu alış Merck-in portfelini gücləndirəcək.