BİZNES

09 İyul

Azərbaycanla Özbəkistan arasında ticarət 3,1 dəfə artdı

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 214,8 milyon dolları ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Özbəkistana ixrac 19,6 milyon dollar olub və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,84 dəfə artıb. Özbəkistandan Azərbaycana idxal isə 195,1 milyon dollar təşkil edib və 3,3 dəfə çoxalıb.

Cari ilin ilk beş ayında ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 1,95% olub. Bu göstəricilər iki ölkə arasındakı iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini və ticarət əlaqələrinin genişləndiyini göstərir.