BİZNES

10 İyul

İKZF-nin kirayə mexanizminə müraciət edənlərin 51%-i dövlət sektorunda çalışır

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində müraciət edənlərin 51 faizi dövlət sektorunda işləyir.

Finss.az xəbər verir ki, bu barədə Fondun Kirayə mənzil departamentinin kirayəçilərlə iş şöbəsinin rəisi Tapdıq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin orta yaşı 34, orta aylıq gəliri 1 400 manat, orta aylıq ödəmə qabiliyyəti isə 1 200 manatdır.

T.Məmmədov əlavə edib ki, bu il satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə 1 023, ötən il isə 1 871 müqavilə bağlanıb. 2020–2025-ci illər ərzində bağlanmış müqavilələrin 56 faizi Abşeron rayonunun, 22 faizi Bakı şəhərinin, qalan 22 faizi isə Sumqayıt şəhərinin payına düşür.

Fuad Mədətov
Finss.az