BİZNES

14 İyul

Azərbaycanda xam neft hasilatında 5,3%-lik azalma qeydə alınıb

2025-ci ilin yanvar–iyun aylarında Azərbaycanda 13,66 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 760 min ton və ya 5,3% azdır.

Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata görə, 2024-cü ilin ilk yarısında ölkədə 14,42 milyon ton əmtəəlik xam neft istehsal edilib.

Hesabat dövründə mədənçıxarma sənayesində ümumi istehsalın dəyəri 19,3 milyard manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azalma deməkdir. Azalmanın əsas səbəbləri kimi neft hasilatındakı eniş, bəzi yataqlarda texniki fasilələr və beynəlxalq bazarda qiymət dəyişkənliyi göstərilir.

Xam neft hasilatında azalmaya baxmayaraq, əmtaəlik təbii qaz hasilatı artıb. Belə ki, bu ilin birinci yarısında 19,3 milyard kub metr təbii qaz hasil olunub ki, bu da ötən ilə nisbətən 1,1% çoxdur.

Fuad Mədətov
Finss.az