BİZNES

15 İyul

Tikinti sektoruna sərmayələr artıb

Bu ilin ilk yarısında Azərbaycanda tikinti sektoruna yönəldilən investisiya həcmi 1,812 milyard manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artım deməkdir.

Finss.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, tikinti sahəsi əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 22,5%-ni təşkil edib.

Tikinti sektorunda xüsusilə mənzil tikintisi ön plana çıxıb. Yanvar-iyun aylarında bu sahəyə 1,333 milyard manat sərmayə yatırılıb. Nəticədə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,9% artıb. Mənzil tikintisinin əsas kapitaldakı payı isə 16,5% olub.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat vəsait yönəldilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% azalma deməkdir.

Sektorlar üzrə isə fərqli dinamika müşahidə olunub: neft-qaz sahəsinə yönəldilən investisiyalar 23,8% azalıb, qeyri-neft sektoruna yatırımlar isə əksinə, 13,5% artıb.