BİZNES

15 İyul

Azərbaycanda maye qaz istehsalı 20,2% artıb

2025-ci ilin ilk yarısında Azərbaycanda 112,6 min ton maye qaz istehsal edilib.

Finss.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,9 min ton və ya 20,2% artıb. 2024-cü ilin ilk altı ayında ölkədə 93,7 min ton maye qaz istehsal olunmuşdu.

2025-ci ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalının ümumi dəyəri 2,565 milyard manat olub və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.

Fuad Mədətov
Finss.az