BİZNES

14 İyul

“Şahdəniz” yatağında kondensat hasilatı – 6 ayda 1,9 milyon ton

2025-ci ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından 1,9 milyon ton kondensat hasil olunub.

Bu barədə Finss.az-a Energetika Nazirliyindən məlumat verilib.

Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 min ton və ya 9,5% azdır. 2024-cü ilin ilk yarısında bu rəqəm 2,1 milyon ton olmuşdu.

Xatırladaq ki, cari ilin ilk 6 ayında ölkədə ümumilikdə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 0,3 milyon tonu “Abşeron” yatağının, 3,5 milyon tonu isə SOCAR-ın payına düşüb.