BİZNES

15 İyul

“Şahdəniz” yatağında qaz hasilatı azalıb

2025-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” qaz-kondensat yatağından 13,8 milyard kubmetr təbii qaz hasil olunub.

Finss.az bu barədə Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 1,4% azdır. Belə ki, ötən ilin ilk yeddi ayında yataqdan 14 milyard kubmetr qaz çıxarılmışdı.

2025-ci ilin yanvar-iyun ayları üzrə ölkə üzrə ümumi təbii qaz hasilatı 25,2 milyard kubmetr təşkil edib. Bu həcmin strukturunda əsas pay aşağıdakı kimidir:

  • “Şahdəniz” yatağı – 13,8 milyard kubmetr
  • “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan qaz – 6,6 milyard kubmetr
  • “Abşeron” yatağı – 0,8 milyard kubmetr
  • SOCAR üzrə hasilat – təxminən 4 milyard kubmetr