BİZNES

14 İyul

Azərbaycanın Türkiyəyə qaz ixracı artıb – TANAP-la 2,9 milyard kubmetr

2025-ci ilin ilk yarısında Azərbaycandan Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə 2,9 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Finss.az-a Energetika Nazirliyindən məlumat daxil olub.

Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 3,6% artım göstərir. Ötən ilin yanvar-iyun aylarında TANAP-la ixrac 2,8 milyard kubmetr olub.

Qeyd edək ki, cari ilin ilk 6 ayında Azərbaycanda ümumilikdə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 13,8 milyard kubmetri “Şahdəniz”, 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 0,8 milyard kubmetri “Abşeron” yatağının, təxminən 4 milyard kubmetri isə SOCAR-ın payına düşür.