BİZNES

15 İyul

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilmiş investisiyaların dəyəri 4,4 dəfə artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə əsas kapitala 861,4 milyon manat investisiya yönəldilib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 664,6 milyon manat və ya 4,4 dəfə artım deməkdir.

Həmin sahədə əsas kapitala yatırılan investisiyaların ümumi investisiyalar içində xüsusi çəkisi 10,7% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafı üçün ümumilikdə 8,073 milyard manat əsas kapitala yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azdır. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 23,8% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 13,5% artıb.

Fuad Mədətov
Finss.az