Cari ilin yanvar-iyun aylarında Azərbaycanda su enerjisi ilə işləyən stansiyalar 1,843 milyard kVt-saat elektrik enerjisi istehsal edib.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 279,7 milyon kVt-saat və ya 17,9% artım deməkdir.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 736,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal həcmi 312,9 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az