BİZNES

16 İyul

Zərgərlik şirkəti Richemont rüblük gəlirini 3% artırdı

Finss.az xəbər verir ki, İsveçrə zərgərlik istehsalçısı Compagnie Financiere Richemont SA 2026-cı maliyyə ilinin birinci rübündə Avropa və Amerika qitəsindəki satışların artması hesabına gəlirini 3% artırıb.

İyunun 30-da başa çatan üç ay ərzində şirkətin gəliri bir il əvvəl 5,27 milyard avro ilə müqayisədə 5,41 milyard avro təşkil edib. Məzənnənin dəyişməsini nəzərə almasaq, göstərici 6% artıb.

Avropada satışlar 11% artaraq 1,3 milyard avroya, Şimali və Cənubi Amerikada 10% (valyuta dəyişkənliyi nəzərə alınmadan 17%) artaraq 1,34 milyard avroya, Yaxın Şərq və Afrikada isə 11% (17%) artaraq 524 milyon avroya çatıb.