Böyük Britaniyada istehlak qiymətləri iyun ayında illik müqayisədə 3,6% artıb, ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.
May ayında inflyasiya 3,4% təşkil edib. Trading Economics-ə görə, orta hesabla analitiklər qiymət artım tempinin may ayı səviyyəsində qalacağını proqnozlaşdırmışdılar.
ONS, iyunun inflyasiya səviyyəsinin 2024-cü ilin yanvarından bəri ən yüksək olduğunu bildirib.
Finss.az xəbər verir ki, iyun ayında ərzaq və alkoqolsuz içkilər 4,5% (mayda 4,4%), əyləncə və istirahət 3,3% (3,2%), nəqliyyat xidmətləri 1,7% (0,7%) bahalaşıb. Restoran və mehmanxanalarda qiymətlər 2,6% (2,8%) artıb. Geyim və ayaqqabıların qiyməti əvvəlki ayda 0,3% ucuzlaşdıqdan sonra 0,5% artıb.
İstehlak qiymətləri iyun ayında əvvəlki ayla müqayisədə 0,3%, may ayında isə 0,2% artıb.
Ərzaq, spirt, tütün və enerji xərcləri (CPI Core, baza inflyasiya) nəzərə alınmadan qiymətlər il ərzində 3,7%, ay ərzində isə 0,4% artıb. May ayında birinci göstərici 3,5%, ikinci göstərici 0,2% artıb.