Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 8,07 milyard manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu vəsaitin 2,32 milyard manatı neft-qaz, 5,75 milyard manatı isə qeyri-neft-qaz sektoruna sərf olunub. Qeyri-neft-qaz sənayesi üzrə sərmayə 1,16 milyard manat təşkil edib.
Əsas kapitala yönəldilən xarici investisiyaların 1,95 milyard manatı Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payına düşüb.