Finss.az xəbər verir ki, Dünyanın ən böyük spirtli içki istehsalçısı olan British Diageo Plc baş icraçı direktoru Debra Crew-in istefa verdiyini açıqlayıb. Press-relizdə deyilir ki, yeni baş direktor axtarışları artıq başlayıb.
Bu vəzifəni müvəqqəti olaraq 2024-cü ilin sentyabrında şirkətə qoşulmuş Baş Maliyyə Direktoru Nik Jhangiani yerinə yetirəcək.
Daha əvvəl “Financial Times” mənbələrə istinadən “Diageo”nun rəhbərinin dəyişilməsi barədə yazıb.
Rəhbərin dəyişməsi satışların azalması və Crew-in 2023-cü ilin iyununda təyin edilməsindən sonra şirkətin səhmlərinin 43% azalması ilə əlaqələndirilir. 2025-ci ilin fevralında Diageo ABŞ-da tələbatın az olması və idxal rüsumlarının riski səbəbindən 5-7% gəlir artımını nəzərdə tutan orta müddətli proqnozunu geri götürdü.
Diageo 1997-ci ildə Guinness və GrandMet-in birləşməsi nəticəsində yaradılmışdır, onun qərargahı Londondadır. Şirkətin məhsulları dünyanın 180-ə yaxın ölkəsində satılır, Diageo-da 30 mindən çox insan çalışır. Diageo Smirnoff, Johnnie Walker, Guinness, Baileys, Captain Morgan və başqaları brendləri altında spirtli içkilər, şərab və pivə istehsal edir.