BİZNES

17 İyul

Hüquqi xidmətlərin satınalması - TENDER

Finss.az - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" hüquq xidmətlərinin satın alınması məqsədilə tender elan edib.

Müsabiqənin ehtimal olunan dəyəri 19 293 manat təşkil edir.

Tender 17 iyul 2025-ci il tarixində elan olunub. İştirak etmək istəyən tərəflər təkliflərini 1 avqust 2025-ci il saat 16:00-a qədər təqdim etməlidirlər. Həmin tarixdə və saatda təklif zərflərinin açılışı da baş tutacaq.

Satınalan təşkilatın VÖEN-i 1400229741, hüquqi ünvanı isə Bakı şəhəri, Füzuli küçəsi 65-dir.

Əlavə məlumat və sənədlərə rəsmi tender portalı olan etender.gov.az vasitəsilə baxmaq mümkündür.