Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 98,866 min ton neft koksu ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ixracdan əldə olunan gəlir 31,158 milyon ABŞ dollarını təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft koksunun ixracı miqdar baxımından 20 min ton və ya 16,8% azalsa da, dəyər ifadəsində 20,987 milyon ABŞ dolları artaraq 3,1 dəfə yüksəlib. 2024-cü ilin ilk yarısında ölkədən 118,871 min ton neft koksu ixrac edilərək 10,171 milyon ABŞ dolları gəlir əldə olunmuşdu.
Hesabat dövründə Azərbaycanda 105,3 min ton neft koksu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 min ton və ya 5,2% azdır. İstehsal həcmi 2024-cü ilin eyni dövründə 111,1 min ton təşkil etmişdi. İyulun 1-nə olan vəziyyətə görə, ölkədə hazır məhsul ehtiyatı 37,8 min ton olub.
Eyni zamanda, 2025-ci ilin ilk yarısında Azərbaycan xarici ölkələrlə ümumilikdə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artım deməkdir. İxrac 12,878 milyard, idxal isə 11,522 milyard ABŞ dolları olub. İxracda 0,2% azalma müşahidə edilərkən, idxal 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.