Finss.az - 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan İtaliyaya 3,6 milyard ABŞ dolları dəyərində 6,8 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, bu göstəricilər 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından əhəmiyyətli dərəcədə artım nümayiş etdirir.
Belə ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz artaraq 881 milyon dollar əlavə dəyər qazanıb. Həcmi baxımından isə 6,8 milyon ton idxal edilməsi 59,6 faiz artımla 2,54 milyon ton çoxdur. Bu göstəricilər Azərbaycanın enerji sektorunda dinamik inkişafını və ixrac potensialının genişlənməsini vurğulayır.
2025-ci ilin ilk yarısında ümumilikdə Azərbaycandan 6,4 milyard dollar dəyərində 12 milyon tondan çox xam neft məhsulu ixrac edilib. İxrac həcmi üzrə İtaliya ölkələr arasında birinci yerdə qərarlaşıb. Azərbaycanın xam neft məhsullarının 56,6 faizi məhz İtaliya bazarına göndərilib ki, bu da iki ölkə arasında enerji sahəsində əlaqələrin möhkəmliyini göstərir.